Obama: Rusiya və Türkiyə ortaq düşmənə yönəlməlidirbackend

Obama: Rusiya və Türkiyə ortaq düşmənə yönəlməlidir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və ABŞ Prezidenti Barak Obama, Fransanın paytaxtı Parisdə keçirilən \”2015 Dünya İqlim Sammiti\” çərçivəsində bir araya gəldi. ABŞ-ın Parisdəki \”OECD\”-in Daimi Nümayəndəliyində keçirilən 1 saatlıq görüşdən sonra iki lider, jurnalistlərə qısa bir bəyanat verib.

Görüşdə Rus-Türk münasibətlərinin normallaşmasını müzakirə etdiklərini açıqlayan Obama, \”ABŞ, Türkiyənin özünü müdafiə hüququnu dəstəkləməkdədir\” dedi. \”Türkiyə və Rusiya gərginliyi salmaq üçün çalışmalıdır\” deyən Obama, Rusiya və Türkiyəyə ortaq düşmən İŞİD-ə yönəlin\” çağırışı da edib.
Obama həmçinin görüşdə Suriyalı qaçqınların vəziyyətinin görüşdüyünü də qeyd edərək, Türkiyəyə mühacirət böhranında etdikləri üçün təşəkkür etdi və sərhəd nəzarətini gücləndirəcəklərini deyib.

Obamadan sonra danışan Ərdoğan isə Rusiya-Türkiyə münasibətləri ilə bağlı olaraq \”Dərdimiz buradan zərərlə çıxmaq deyil, tam əksinə, bunu sülhə çevirmək vasitəsilə regionun sülhünə töhfə verməkdir\” dedi. Ərdoğan, \”Buradakı dərdimiz, bu işin diplomatik yolla, ritorika içərisində necə nəticə əldə edilməsidir. Çünki bölgədəki gərginliklər, bizi də incidir\” deyə danışdı.
Bu, Ərdoğan və Obamanın son bir ay ərzində keçirdiyi ikinci təkbətək görüş oldu. İki lider son olaraq Rusiyaya məxsus \”Su-24\” tipli döyüş təyyarəsinin Türk \”F-16\”-ları tərəfindən vurulmasından sonra bir telefon bağlantısı ilə əlaqə qurmuşdular.

Interpress.az