İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, CNN aparıcısı Hala Qorani, dünən proqramına dəvət etdiyi NATO Baş Katibi Yan Stoltenberqə, İttifaq üzvü Yunanıstanın Türkiyə hava sərhəddini tez-tez pozmaqla ittihamını xatırlatdı. NATO-nun bu vəziyyətə reaksiyasının nə olduğunu soruşan Qorani, \”bu məsələnin Rusların Türk hava məkanını pozması ilə tamamilə fərqli olduğu cavabını aldı.
Stoltenberq, Qoraninin \”Burada ikili standart yoxdur\”? Sualına isə \”Xeyr, biz hər ölkənin hava sahəsinə hörmət edilməsi lazım olduğunu xüsusi vurğulayırıq. Amma Türkiyənin xüsusi bir mövqedə olduğunu anlamağımız lazımdır. Suriya ilə sərhədlər, Rusiyanın bölgədə intensiv hərbi qüvvə toplamasına şahid olurlar\” cavabını verdi.
\”CNN\”-in aparıcısı Qorani ilə NATO Baş Katibi Stoltenberq arasında olan dialoq:
Qorani: Türkiyə (Rus təyyarəsini vuraraq) həddindən artıq reaksiya vermiş olmadıki?
Stoltenberq: Bütün NATO üzvləri, Türkiyənin hava məkanını müdafiə hüququnu dəstəkləyir. Digər tərəfdən, bu cür hadisələrin təkrarlanmasınına görə də diqqətimizi yönəltdiq. Türk hava məkanı, (Rus döyüş təyyarələri tərəfindən) ilk dəfə pozulmur. Oktyabr ayında da analoji hadisə baş vermişdi. Brüsseldə keçiriləcək NATO Xarici İşlər Nazirləri toplantısında müzakirə ediləcək məsələlərdən biri üzvlər arasında hərbi ünsiyyəti gücləndirmək olacaq.
Qorani: Bəlkə görmüsünüz, Yunanıstan Baş Naziri Aleksis Çipras, Türkiyəni Yunan hava məkanını pozmaqda günahlandırdı. NATO-nun buna reaksiyası nədir?
Stoltenberq: Onu xatırlamağımız lazımdır; Türkiyə, Suriya və İraqdakı çox çətin və qeyri-sabit vəziyyətin tam yaxınlığında yer alır. Sərhəddə cərəyan edən mübarizələr, ölümlər, Rusiyanın regiona son həftə və ya aylardır yığdığı hərbi infrastruktur, özəl bir durum yaradır. Bu daha əvvəl də baş vermişdi.
Qorani:Mən əslində Çiprasın \”Twitter\”-də Türkiyəni Yunan hava məkanını pozmaqda ittiham etdiyindən bəhs edirdim.
Stoltenberq: Amma mən iki məsələnin bir-birindən tamamilə fərqli olduğunu izah etməyə çalışırdım.
Qorani:Bunu başa düşürəm. Amma Yunanıstan, hava məkanının Türklər tərəfindən pozulduğu deyilir. Burada ikili standart var ?
Stoltenberq: Xeyr, biz hər ölkənin hava sahəsinə hörmət edilməsi lazım olduğunun xüsusi olaraq vurğulayırıq. Amma Türkiyənin çox xüsusi bir mövqedə olduğunu anlamağımız lazımdır. Suriya ilə sərhədlər, Rusiyanın bölgədə intensiv hərbi qüvvə toplamasına şahid olurlar. Həm havada, həm dənizdə, həm də Şərqi Aralıq Dənizində.
Qorani: Yəni çətin bir şəraitdə və vəziyyətdə olduğu üçün Türkiyənin Yunan hava məkanını poza bilməsinə icazə verilməsinin lazım olduğunu söyləyirsiniz?
Stoltenberq: Hər ölkənin hava sahəsinə hörmət edilməsi lazım olduğunu deyirəm. NATO heç bir sərhəd pozuntusunu qəbul etməz. Şəxsən mən də hava məkanı pozuntularına şahid olan Norveçdən gəlirəm. Amma deyirəm ki, Türkiyənin Suriya sərhədlərindəki vəziyyət çox özəldir. Daxili müharibə ilə sərhəddilər, hava məkanlarının bir çox dəfə pozulduğunun şahidi oldular.
İnterpress.azhttps://youtube.com/watch?v=Bz6uyLOpT60