\”İnterpress\” Hafta.az-a istinadən xəbər verir ki, bu gün Nardaran qəsəbəsində olarkən işıq sayğaclarının önündə yerə atılmış ödəniş qəbzlərinə rast gəlib. Ələmdar Bünyatov adlı qəsəbə abonentinin “Azərişıq”-a olan borcu isə gözümüzü qamaşdırdı. Nardaran sakininin borcu 5 min 394 manat 18 qəpik idi. Qəbzin üstündə yazılan son ödəmə tarixi isə 2015 – ci ilin yanvar ayının yeddisini göstərir. Axırıncı ödənilən məbləğ isə 11 ay bundan əvvəl olub və 30 manat təşkil edib.
İnterpress.az