İnterpress.az Suriya mətbuatına istinadən xəbər verir ki, Zuabi, Suriyada hökumətə yaxın \”Əl-İxbariyyə\” televiziyasında yayımlanan çıxışında, Səudiyyə Ərəbistanın Yəmən və İraqda müsəlmanların və ərəblərin qanını tökdüyünü, bu səbəblə Suriya məsələsində konstruktiv rol oynamaqdan uzaq olduğunu bildirib.
Zuabi, Suriya lideri Bəşər Əsədin ölkədəki keçid prossesində yer almayacağını müdafiə edən Səudiyyə Ərəbistanı Xarici İşlər Naziri Adil əl-Cubeyrini də \”başqalarının nökəri adlandıraraq\”, \”ən yaxşısı susmaq olar\” dedi.
Vyanada ikincisi keçiriləcək Suriya toplantısında Rusiya, ABŞ, Səudiyyə Ərəbistanı və Türkiyə ilə yanaşı, İran və Misir də iştirak edəcək.
İnterpress.az