Səudiyyə Ərəbistanı Suriyalı müxalifləri bir araya toplayacaqbackend

Səudiyyə Ərəbistanı Suriyalı müxalifləri bir araya toplayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az ərəb mətbuatına istinadən xəbər verir ki, \”Əl Şərq əl Avsat\” qəzetinin xəbərinə görə, Səudiyyə Ərəbistanı yeni beynəlxalq Suriya danışıqları ərəfəsində Ər-Riyadda Suriya müxalifəti daxilindəki münaqişələri həll etməyə yönəlmiş bir konfrans keçirəcək. Xəbərdə konfrans üçün qəti bir tarix müəyyən edilmədiyi, ancaq gələcək həftə keçiriləcəyi qeyd edilib.
Qəzetə müsahibə verən Suriya Milli Koalisiyasının (SUK) üzvü Əhməd Ramazan, SUK-dan 20 nəfərin konfransa dəvət edildiyini söylədi. Ramazan, digər iştirakçılar arasında Suriya Milli Koordinasiya Komitəsinin üzvləri, Suriyada döyüşən bəzi təşkilatlardan nümayəndələr, 20-25 nəfərə qədər müstəqil şəxs, iş adamları və din xadimlərinin olduğunu qeyd edib.

Vyanada keçən ay keçirilən Suriya danışıqlarında, 1 yanvara qədər Dəməşq hökuməti ilə müxaliflər arasında danışıqların başlanılması, 6 ay ərzində keçid hökuməti qurulması və 18 ay sonra seçkilərə getmək qərarı alınmışdı.
ABŞ Dövlət Katibi Con Kerri də, Əbu-Dabidə Səudiyyəli həmkarı Adil əl-Cübeyr ilə görüşərək müxalifəti bir araya gətirmək yollarını ələ almışdı. Cübeyirin bu toplantıda aralarında PYD lideri Saleh Müslimin də olduğu 22 addan ibarət bir müxalifət siyahısı təqdim etdiyi bildirilir.

İnterpress.az