APA-nın qərb bürosunun verdiyi məlumata görə, Füzuli istiqamətində şəhid olan əsgər bu gün doğulduğu Tovuz rayonunun Əhmədabad kəndində torpağa tapşırılıb.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, Füzuli istiqamətində şəhid olan əsgər bu gün doğulduğu Tovuz rayonunun Əhmədabad kəndində torpağa tapşırılıb.
Dəfn mərasimində Tovuz rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalov və rayonun idarə, müəssisə rəhbərləri, şəhidin xidmət etdiyi hərbi hissənin komandiri və hərbçiləri iştirak edib. Çıxış edənlər E. İsmayılovun cəsur, vətənini sevən vətəndaş olduğunu, döyüş tapşırıqlarını daima canla-başla yerinə yetirdiyini bildiriblər. Əsgərlərin yaylım atəşindən sonra şəhid torpağa tapşırılıb.
İnterpress.az