İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, mühafizəkar siyasi kursu ilə tanınan Amerikanın \”Conservative\” saytı müəlliflərindən Bukanan, Türkiyənin NATO prinsiplərinə sadiqliyi barədə də şübhələr yarandığını qeyd edərək, \”Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Suriya böhranında ABŞ-ı öz tərəfinə və Rusiya ilə qarşıdurmayamı çəkmək istəyir?\” sualını verdi.
Bukanan, Türkiyənin İŞİD-in fikirlərinə getdikcə daha çox qulaq asdığını bildirib. Türkiyənin Suriya böhranında bir NATO müttəfiqindən gözlənilən şəkildə hərəkət etmədiyini qeyd edən Amerikalı ekspert, \”Türkiyə artıq Mustafa Kamal Atatürkün dünyəvi ölkəsi deyil. Türk rəhbərliyi, İŞİD-ə qoşulmaq istəyən cihadçılara mane olmur. Türkiyə, cihadçılarla mübarizə aparmaq əvəzinə, kürdlərlə vuruşur. Ankara, diktator və mürtəce hala gəlir\” ifadələrini istifadə etdi.
Bukanan, Türkiyənin bölgədə öz planları olduğunu bildirib və bunları yazdı: \”Türkiyənin Suriya Prezidenti Bəşər Əsəd ilə yaşadığı münaqişə, Rusiya ilə yaşanan gərginliyi artıra və Qərbi savaşın içinə çəkə bilər. Suriyadakı müharibə davam etdikcə, bu ehtimal getdikcə güclənir\”.
İnterpress.az