Bakının Xaqani küçəsi ilə Azadlıq prospektinin kəsişməsi bağlanırbackend

Bakının Xaqani küçəsi ilə Azadlıq prospektinin kəsişməsi bağlanır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) “Interpress”ə verilən məlumata görə, dekabr ayının 1-dən etibarən Xaqani küçəsinin Rəşid Behbudov prospekti ilə kəsişməsi asfalt örtüyünün təmirinə bağlanıb. Təmir işlərinin bu gün yekunlaşması nəzərdə tutulub. Paytaxt sakinlərinin hərəkətinə yaranan məhdudiyyəti azaltmaq üçün təmir işləri mərhələli şəkildə aparılır.

Belə ki, Xaqani küçəsinin Azadlıq prospekti ilə kəsişməsi növbəti gün, dekabr ayının 2-də, eynilə, bir gün müddətinə bağlı qalacaq.

Qeyd edək ki, yarışdan öncə salınacaq və “Formula 1” yarışı standartına cavab verən yenilənmiş yollar daimidir və Qran Pridən sonra paytaxt sakinlərinin istifadəsində olacaq.

Interpress.az