“Sevil massivi” qurbanları Prezident Administrasiyasına toplaşdıbackend

“Sevil massivi” qurbanları Prezident Administrasiyasına toplaşdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Aksiya iştirakçılarının virtualaz.org saytına verdiyi məlumata görə, onlar bu gün baş tutan məhkəmə prosesindən çıxaraq birbaşa PA-nın binasının qarşısına gəliblər.

Zərərçəkənlərin sözlərinə görə, onların bir neçə nümayəndəsi PA-da qəbul olunub: “Məhkəmə mənim özümü də zərərçəkən kimi tanımırdı. Sonda nəhayət tanıdı və bu gün məhkəmə prosesi oldu. Proses saat 14:00-a təyin olunmuşdu, amma 14:30-da başladı. Bizi çağırıb bir-bir soruşdular ki, nə qədər pul vermişik və geri almaq istəyirikmi, vəssalam. Biz də elə məhkəmədən çıxan kimi bura toplaşdıq. Nümayəndələrimizi administrasiyada qəbul ediblər”.

Hazırda PA-nın binası qarşısında olan aksiya iştirakçılarından Səxavət Hüseynovun virtualaz.org saytına verdiyi məlumata görə, onların nümayəndələrinin görüşü artıq başa çatıb: “Bizim nümayəndələrə ancaq o deyilib ki, sabah Baş Prokurorluğa gedək. Onsuz da biz özümüz bundan öncə demək olar ki, bütün qurumlara müraciət etmişdik. İndi Baş Prokurorluğa qəbula yazılmağa gedirik. Sabah görüş olacaq”.

Aksiyada 50-dək zərərçəkən iştirak edib.

Interpress.az