Bu gün ümumdünya QİÇS-lə mübarizə günüdürbackend

Bu gün ümumdünya QİÇS-lə mübarizə günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

QİÇS – Qazanılmış İmmun Çatışmazlığı Sindromu deməkdir. İİV-ə yoluxmuş insanlarda müdafiə (immun) sistemi zəiflədiyinə görə onlar bir çox xəstəliklərə asanlıqla tutulurlar. Virus daşıyıcısı tamamilə sağlam görünə bilər. QİÇS-ə yoluxmuş insan yoluxduğundan xəbərsiz ola bilər. Qeyd edək ki, müasir müalicə tam sağaltmır və xəstəlik ölüm ilə nəticələnir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) verdiyi məlumata görə, hər gün dünyada 6800-dən artıq insan HİV-ə yoluxur, 5700-dən artıq insan isə AİDS səbəbindən vəfat edir. Azərbaycanda da HİV/AİDS problemi ən aktual problem olaraq qalır. Söz yox ki, Azərbaycan HİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir və burada epidemiya əsasən yüksək riskli qrupa aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılıb. Azərbaycanda ilk dəfə HİV infeksiyası 1987-ci ildə aşkarlanıb. QİÇS-ə yoluxmalar əsasən təsadüfi cinsi əlaqələr nəticəsində baş verir. Eyni zamanda gözəllik salonları və bərbərxanalarda İİV-ə yoluxmuş şəxsin qanı ilə təmasda olmuş kəsici alətlərin istifadəsi zamanı (manikür, tatuaj, qulaq deşmə, üz qırxma və s.) yoluxma baş verir. Yoluxmadan tam zəmanəti yalnız təsadüfi cinsi əlaqələrdən uzaq durmaqdır. HİV infeksiyasının əlamətləri bunlardır: Çəkinin izah olunmayan səbəbdən azaçlması, uzun müddəti ishal, səbəbsiz və xroniki kandidoz (göbələk) xəstəliyi, boyunda və ya qoltuqaltı batıqlarda vəzilərin böyüməsi və ağrı verməsi, bir aydan çox sürən öskürək, uzun müddətli subfebril (37) qızdırma. Xəstəlik zamanı virus immun hüceyrələrini dağıdaraq, insanın immun sistemini, yəni infeksiyalara müqavimətini heçə endirir. Beləliklə, insan adi bir infeksiyadan vəfat edir.

İnterpress.az