Mənzilə silahlı basqın edən 4 maskalıdan ikisi tutulubbackend

Mənzilə silahlı basqın edən 4 maskalıdan ikisi tutulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az APA-ya istinadən xəbər verir ki, ötən gün dörd nəfər maskalı şəxs əllərində tapança və bıçaqla şəhər sakini, 1952-ci il təvəllüdlü Hacıyev Fərzəli Məhəmməd oğlunun yaşadığı evə basqın edib. Naməlum şəxslər Fərzəli Hacıyevi, onun həyat yoldaşı, 1958-ci il təvəllüdlü Rəxşəndə Hacıyevanı və oğlu, 1995-ci il təvəllüdlü Fərhad Hacıyevi döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər. Hüquq-mühafizə orqanlarının əməkdaşları dərhal hadisə yerinə baxış keçiriblər və maskalı şəxslərin tutularaq istintaqa təhvil verilməsi üçün əməliyyat-axtarış tədbirlərinə başlayıblar. Polis əməkdaşları hadisəni törədən 4 nəfərdən ikisini – Bakı sakini, 1989-cu il təvəllüdlü İsmayılov Orxan İsrail oğlu və İmişli şəhər sakini, 1990-cı il təvəllüdlü Mehdiyev Səxavət Bakir oğlunu ötən gecə Bakı şəhərində saxlayaraq, Göyçaya gətiriblər. Hazırda istintaq tədbirləri davam edir və digər iki şəxsin tapılması üçün işlər görülür.

Fərzalı Hacıyevin uzun müddətdir, rayonda dəri alveri ilə məşğul olduğu bildirilir.

Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

İnterpress.az