İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, “Benfika” rəhbərliyi Portuqaliya Klublar Liqasının Təhqiqat Komissiyasına şikayətlə müraciət edib. Şikayətdə “Sportinq” klubunun yüksək vəzifəli şəxsləri mövsüm ərzində dəfələrlə mövcud qaydalara uyğun olmayan hərəkətlər etməkdə, cəmiyyəti çaşdıran bəyanatlar verməkdə günahlandırılır. “Benfika” səlahiyyətli orqanlardan bu hərəkətlərə hüquqi qiymət verilməsini tələb edir.
“Benfika”nın şikayət ərizəsində deyilir ki, “Sportinq” rəsmilərinin hakimlərin işi, yarışların təşkili kimi məsələlərlə bağlı səsləndirdikləri tənqidlər və digər davranışlar ciddi nizam-intizam pozuntuları kimi qiymətləndirilməlidir.
İnterpress.az