CNN-dən 5 milyon dollar tələb edə bilərbackend

CNN-dən 5 milyon dollar tələb edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Corciya ştatında seçiciləri qarşısında çıxış edərkən barədə o özü məlumat verib. D.Tramp prezidentlik ambisiyaları ilə çıxış edən respublikaçı-siyasətçilər arasında ilk debatların avqust ayında Fox News telekanalı tərəfindən yayımlandığını xatırladıb. Həmin debatları 24 milyon tamaşaçı izləyib.
Siyasətçi respublikaçıların sentyabr ayında keçirilən ikinci debatını isə CNN telekanalında 23 milyon insanın izlədiyini qeyd edib. “Onlar mənə 5 milyon dollar ödəməsə, debatlarda iştirak etməyəcəm. Bu pulların hamısı “Wounded Warrior” layihəsinə (yaralanmış hərbçilərə yardım proqramı) və ya veteranlara xərclənəcək”, – deyə Tramp bildirib.
Ümumilikdə seçkiqabağı təbliğata təxminən 20-yə yaxın siyasətçi qoşulub. Əksər sosioloji sorğuların nəticəsinə əsasən, Donald Tramp respublikaçılar, ABŞ-ın keçmiş dövlət katibi Hillari Klinton isə demokratlar arasında liderdir.
Xatırladaq ki, ABŞ prezidenti postuna respublikaçıların rəsmi namizədinin adı partiyanın 2016-cı il iyulun 18-21-də Ohayo ştatının Klivlend şəhərində keçiriləcək milli qurultayında elan ediləcək. Demokratlar isə namizədlərinin təyin olunacağı qurultayı 2016-cı il iyulun 25-28-də Pensilvaniya ştatının Filadelfiya şəhərində keçirməyi planlaşdırır.

İnterpress.az