İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Konqresin Silahlı Qüvvələr Komitəsində ifadə verən Karter deyib ki, hərbçilərin İraq hərbi qüvvələri və kürd Peşmərqə qüvvələrinə İslam Dövləti qrupuna qarşı mübarizədə yardım edəcək. Onun sözlərinə görə, ABŞ-ın xüsusi təyinatlı qüvvələri ölkədə İraq hökuməti ilə əməkdaşlıq əsasında yerləşdirilir.
Müdafiə naziri İraqa göndəriləcək hərbi qüvvənin sayını bildirməyib, lakin deyib ki, bu, \”İslam Dövləti\” qrupuna qarşı mübarizədə müxalifətə kömək məqsədilə Suriyaya göndərilmiş ABŞ əsgərlərindən ibarət qrupdan daha böyük bir qrup olacaq.
Prezident Barak Obama oktyabr ayında Suriyada yerli müxalif döyüşçülərin hərəkətinin ABŞ-ın başçlığı ilə koalisiyanın səylərilə uzlaşdırılması məqsədilə ABŞ-ın \”50-dən az\” xüsusi təyinatlı qüvvəsinin göndərilməsi haqda qərar verib.
Eşton Karter xüsusi təyinatlı qüvvələrin Suriyada əməliyyatlara başlamağa hazırlaşdığını deyib, lakin başqa detalları açıqlamayıb.
İnterpress.az