Tehranda təhlükəsizlik tədbirləri gücləndirildibackend

Tehranda təhlükəsizlik tədbirləri gücləndirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az İran mətbuatına istinadən xəbər verir ki, İngiltərənin “Financial Times”qəzeti Tehranda təhlükəsizlik tədbirlərinin kəskin artdığını bildirib. Qəzetin məlumatına görə, İran “İslam Dövləti”(İŞİD) ilə mübarizədə fəal rol oynayan ölkədir.Ona görə də,İran rəsmiləri İranın terror qrupunun hədəf ola biləcəyindən ehtiyat edərək,son günlər Tehran və digər böyük şəhərlərdə ictimai təhlükəsizlik tədbirlərini gücləndiriblər.

Həmçinin şəhərdə metro stansiyalarının terrordan qorumaq, terrorla mübarizə üçün “xüsusi əməliyyatlar” hazırlanıb.

İranda nəşr olunan “Bəhar”qəzeti də bu haqda yazır:”İndi Tehranda zirehli gödəkçələr geyinmiş silahlı polis əməkdaşlarını hər addımbaşı görmək mümkündür.Bu da , şəhərdə vəziyyətin gərgin olmasına dəlalət edir.”
İrandakı sosial şəbəkələrdə gedən söz-söhbətə görə,İŞİD yaraqlılarının hətta Məşhəd şəhərində yerləşən İmam Rza(ə)-nın hərəmində,məscid və kilsələrdə də terror aktı törədə biləcəyi çox müzakirə edilir.

Tehranda təhlükəsizlik tədbirləri gücləndirildi

İnterpress.az