İnterpress.az İran KİV-nə istinad edərək xəbər verir ki, Keniyanın paytaxtı Nayrobidəki İran səfirliyi son günlər İrana cəcusluq etməkdə ittiham edilərək tutulan iki Keniya vətəndaşı ilə bağlı bəyanat verib.
Bəyanatda deyilir:”Keniyada həbs olunan iki Keniya vətəndaşının İran xüsusi xidmət və təhlükəsizlik orqanları ilə heç bir əlaqəsi yoxdur.Biz İran İslam Cumhuriyyətinin Keniydakı səfirliyi olaraq bəyan edirik ki, Keniya dövlətinin İranın xeyrinə cəsusluq etmə ittihamı ilə həbs etdiyi bu iki nəfər haqqında verdiyi xəbər “tələsik və ziddiyətli”bir addımdır.”
Xatırladaq ki, noyabr ayının son günlərində, Keniyada İrana cəsusluq etməkdə şübhəli bilinən 2 vətəndaş tutulub. Saxlanılan Əbubəkr Sadiq və Sambay Cuma İran İslam İnqilabi Keşikçiləri Korpusunun (SEPAH) tabeliyində olan Qüds qüvvələrinə məxfi məlumatlar ötürüb.
Bildirilib ki, hər iki şəxsin İrana cəsusluq etdiyini sübut edən faktlar mövcuddur.
İnterpress.az