O, yenidən Nardaran sakinlərinə müraciət edərək silah olan şəxslərdən onları dövlətə təhvil vermələrini istəyib: “Biz də bunun tərəfdarıyıq ki, silahlar təhvil verilsin. Heç kimdə silah olmamalıdır. Dövlət kimdə silah varsa müsadirə etsin. Silahın olması qarşıdurma yarada bilər”.
Qeyd edək ki, dekabrın 1-də saat 08.00-dan qəsəbədə xüsusi əməliyyat keçirilməsinə başlanılıb. Müvafiq plana uyğun olaraq Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və nizami polis hissələrinin məhdud sayda xüsusi texnikası, şəxsi heyəti qəsəbəyə daxil olub, müəyyən edilmiş yerlərdə postlar qoyulub və hazırda xüsusi əməliyyat zonasında Baş Prokurorluğun, Daxili İşlər və Milli Təhlükəsizlik nazirliklərinin istintaq-əməliyyat qrupu fəaliyyət göstərir.
Interpress.az