İŞİD İrana qədər gəldi – Metroda bomba həyəcanıbackend

İŞİD İrana qədər gəldi – Metroda bomba həyəcanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, bir həftədən çoxdur ki, Tehran öz simasını dəyişib. Paytaxt küçələrində təhlükəsizlik orqanlarının və “Bəsic”-in (İnqlab Keçikçiləri) əməkdaşlarının çoxluğu ilk baxışdan gözə çarpır. İranın rəsmi saytlarının yazdıqlarına görə, İŞİD terroruna görə narahatlıq keçirməyə əsas yoxdur. Amma “Araznews” saytının xəbərinə görə Tehran metrosunda (Şəhid Həqqani stansiyası) İŞİD-in “Xorasan əmirliyi”-nin üzvü olduğu bilinən bir “canlı bomba”-sı təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək zərərsizləşdirilib.

Metroda baş verə biləcək böyük bir faciənin qarşısı son anda alınıb. İran xüsusi xidmət təşkilatının əməkdaşlarının keçirdiyi bu əməliyyatdan sonra, terror aksiyası ilə birbaşa əlaqəsi olan və İŞİD terrorçusu olduqları iddia edilən daha 50 nəfər də həbs edilib. Aparılan istintaq zamanı məlum olub ki, bu şəxslər Tehranın metro stansiyalarında intihar hücumları həyata keçirtmək istəyiblər. Indi Tehranda, metro stansiyalarının giriş və çıxışları, həmçinin əhalinin sıx olduğu ictimai yerlər, təhlükəsizlik orqanları tərəfindən güclü nəzarət altındadır. Əhali arasında dildən-dilə gəzən şayələrdə deyilir ki, İmam Hüseyn(ə) –in “Ərbəin”(40) mərasimi günü İŞİD-in dini məkanlarda terror törətməsi gözlənilir. Hakimiyyət və polis orqanları isə belə bir təhlükənin olmadığını, deyilənlərin yalan və şayiə oluğunu iddia edirlər.

İŞİD İrana qədər gəldi - Metroda bomba həyəcanı
İŞİD İrana qədər gəldi - Metroda bomba həyəcanı
İŞİD İrana qədər gəldi - Metroda bomba həyəcanı
İŞİD İrana qədər gəldi - Metroda bomba həyəcanı

İnterpress.az