APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, bunu NATO xarici işlər nazirlərinin Brüsseldə keçirilən toplantısına qatılan ABŞ dövlət katibi Con Kerri deyib. O bildirib ki, bu əməliyyatlarda hər iki ölkənin hava və quru qüvvələri iştirak edəcək: “Prezident Ərdoğan Türkiyə-Suriya sərhədinin qalan hissəsinin bağlanması üçün Türkiyə və digər ölkə qüvvələrindən istifadə olunmasını tam dəstəkləyir”.
Qeyd edək ki, Suriyanın Türkiyə ilə sərhəd zolağının 98 kilometrlik hissəsi İŞİD-in nəzarətindədir.
İnterpress.az