İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Rus Hava Qüvvələrinə məxsus \”Su-24\” tipi döyüş təyyarələrinin Suriya hava məkanında vurulduğunu deyən Yunanıstan Müdafiə Naziri Panos Kammenos, \”Bu reallığı Türkiyə də qəbul edir. Əgər əksi olsaydı Türkiyə NATO-dan Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə görə hərəkət etməsini tələb edirdi\” dedi.
Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsi, NATO-nun hər hansı bir üzvünə edilən hücumu və ya hücum təhdidini bütün üzv ölkələrə edilmiş fərz edir.
Kammenos, \”Əgər Rusiya Türk hava məkanını pozsaydı, Türkiyənin yanında olardıq. Yunanıstan NATO və Aİ-nın üzvüdür. Sərhəd pozuntusu halında Rusiyanın yanında yer almazdıq\” deyə danışdı.
Rusiyaya məxsus döyüş təyyarəsinin vurulduğu i24 noyabrda, özünü Türkmən sərkərdə kimi tanıdan Elazığın Keban rayonu keçmiş bələdiyyə sədrinin oğlu Alparslan Poladın \”Rus pilotlarını vurduq\” açıqlamasına da istinad edərək, bu vəziyyəti \”ciddi bir hadisə kimi səciyyələndirdi.
İnterpress.az