İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Çex televiziyasına müsahibə verən Əsəd, Suriyada 30 sentyabrdan bu yana terrorçu qruplara qarşı hava hücumları təşkil edən Rusiyanın bölgədə tarzlığı dəyişdirdiyini, bunun da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın əsəblərinə pis təsir etdiyini vurğuladı.
Ərdoğanın Suriyadakı məğlubiyyəti onun siyasi ölümü anlamına gəlir. Bu səbəblə əldə edilən hər hansı bir uğurun önünə maneə qoymaq üçün bir şey etmək istədi, – deyən Əsəd, sözlərini belə davam etdirdi:
\”Elə də etdi, amma bunun (Rus təyyarəsinin vurulması) tarazlığı dəyişəcəyini düşünmürəm. Terrorla mübarizə davam edir. Rusiyanın bizə dəstəyi yalnız möhkəmlənəcək. Buradan geri dönüş olacağını güman etmirəm.\”
ABŞ rəhbərliyindəki İŞİD əleyhinə koalisiyanın Suriyadakı əməliyyatları isə yalnız terrorçuların daha fəal olmasına səbəb olduğunu söyləyən Əsəd, \”Əgər Qərb həqiqətən terrorizmi məğlub etmək istəyirsə, o zaman ilk növbədə terrorçulara silah və maddi dəstəyi dayandırmalıdır\” – dedi. Əsəd, bu axının da Səudiyyə Ərəbistanı və Qətərin dəstəyi ilə Türkiyə üzərindən baş verdiyini ifadə etdi.
Interpress.az