Nardarandakı güllələnmə xəbəri ilə bağlı açıqlamabackend

Nardarandakı güllələnmə xəbəri ilə bağlı açıqlama

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov ans press-ə yayılan xəbəri təkzib edib.

“Bu barədə xəbər almışdıq, indi mənə bu məlumatın yanlış olduğunu bildirdilər. Hər bir xəbəri alarkən onun düzgünlüyünü yoxladıb və araşdırıram. Tutulan zaman anası infarkt keçirmiş qardaşlardan biri buraxılıb. Biz hökümətin apradığı işlərə qarşı deyilik” – deyə Natiq Kərimov bildirib.

Ağsaqqallar Şurasının sədri daxili işlər naziri Ramil Usubov bu gün ictimai asayişin bərpa olunması üçün xüsusi əməliyyatın keçirildiyi Nardarana gələcəyi barədə məlumat verib.

Natiq Kərimov Nardaranda əmin-amanlıq və sakitlik olmasını arzuladığını qeyd edib.

“Mən kəndin əvvəlki sakit həyat axarının qaydasına düşməsinin tərafdarıyam. Silah polisdə, hüqüq mühafizə əməkdaşında olmalıdır. Sakit həyat tərzimizin qaydasına düşməsini istəyirəm. İşığımız, qazımız olsun, həyatımız normal qayfasına düşsün”- deyə Natiq Kərimov bildirib.

Nardaran və ətraf ərazilər hazırda Çevik Polis Alayının nəzarətindədir. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırov hazırda Nardarandadır. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev də hazırda Nardarandadır və RİH əməkdaşlarının fəaliyyətinə nəzarət edir.

İnterpress.az