Azərbaycan XİN başçısı həmsədrlərlə görüşübbackend

Azərbaycan XİN başçısı həmsədrlərlə görüşüb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Interpress.az-a verilən məlumata görə, görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılan danışıqlar prosesinin cari statusu, qarşıdan gələn dövr ərzində Minsk qrupunun fəaliyyət proqramı, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün təşkil edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

E. Məmmədyarov münaqişənin BMT Təhlükəsizlik Şurasının müvafiq dörd qətnaməsinə uyğun olaraq Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü və suverenliyi çərçivəsində tezliklə həllinə nail olmaq üçün Minsk qrupu həmsədrlərinin səylərinin artırılmasının vacibliyini vurğulayıb.

Nazir əlavə edib ki, münaqişənin həlli üçün ilk növbədə Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılması təmin olunmalıdır.

Interpress.az