Millət vəkili tənqid etdi: “İnsanlar Nardaranla bağlı danışmağa çəkinirlər”backend

Millət vəkili tənqid etdi: “İnsanlar Nardaranla bağlı danışmağa çəkinirlər”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu fikirləri AzNews.az-a açıqlamasında Milli Məclisin deputatı Aqil Abbas səsləndirib. Millət vəkili bildirib ki, kim əlinə silah alıb, dövlətə atəş açacaqsa, aqibəti belə olacaq: “Bu olayla bağlı millət vəkilləri Siyavuş Novruzov, Aydın Mirzəzadə və Əflatun Amaşov danışıb. Lakin əksər insanlar söz deməyə çəkinirlər. Amma fakt dövlətə silah çevrilib, iki polis nəfəri öldürülüb. Qarşıdurma yaranıb, polis dövləti qoruduğundan ona silah çevirəni zərərsizləşdirməlidir. Polis Nardalan əhalisinin asayişini, əmin amanlığını qoruyur. Kimsə əlinə silah götürüb dövlətə, polisə qarşı güllə açacaqsa aqibəti sonda belə olacaq. Hər kəsin bir mövqeyi var. Kim istəyər danışar, kim də istəməz danışmaz”.

A.Abbas Azərbaycanın tolerant ölkə olduğunu, hətta bəzən özünün buna qarşı olduğunu da bildirib. Millət vəkili tolerantlığa qarşı olmasını bu cür əsaslandırıb: “Çox tolerantlıqdan yararlanıb, bundan öz məqsədləri üçün istifadə edənlər olur. Bu səbəbdən mən bir az da bunun əleyhinəyəm. Azərbaycan müstəqil dövlətdir, hər kəs istədiyi dinə xidmət edə bilər. Amma bu o demək deyil ki, onlar qulluq etdiyi dindən Azərbaycana, dövlətə qarşı istifadə edə bilər. Din əxlaqdır, hamımız dindar adamlarıq. Hamının Allahı, peyğəmbəri, imanı var”.

Deputat Nardaran camaatının da belə hadisələrə qarşı olduğunu vurğulayıb: “Elə bilirsiniz, nardaranlıların çox xoşu gəlir ki, orada bu hadisə olsun? Qətiyyən, camaatın işi, gücü, məktəbi, xeyri-şəri var. Sadəcə bəzi qüvvələr dindən başqa məqsədlər üçün istifadə edirlər. Bundan da başqa məqsədlər üçün istifadə edildikdə dinlikdən çıxır. Allah buyurmur ki, silah çevir. Götürsünlər \”Quran\”ı oxusunlar, orada belə bir şeyə rast gələ bilərlərmi? İnanclı insanların inacından istifadə edənlər cəzalarını aldılar və alacaqlar”.

Interpress.az