Azərbaycan yeni sazişin imzalanması üçün Aİ-nin mandatını gözləyirbackend

Azərbaycan yeni sazişin imzalanması üçün Aİ-nin mandatını gözləyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

M.Məmmədquliyev bildirib ki, onların mövqeyi bir qәdәr fәrqlidir, deyirlәr ki, qabaqcadan bir neçә görüş keçirilsin, ümumi müzakirәlәr aparılsın, mandata salındıqdan sonra bu danışıqlara başlamaq olar: \”Düşünürәm ki, ya dekabr ayında, ya yeni ildә, müzakirә aparılsın. Sonra mandat verilsin vә biz rәsmi olaraq bu danışıqlara başlayaq. Әlbәttә ki, tәrәflәr arasında soyuqluq var. Amma söhbәt yalnız AP qәtnamәsindәn getmir. Tәbii ki, bu da öz rolunu oynayıb. Ona görә ki, orada çox yanlış mәsәlәlәr var. Amma soyumağımızın әsas sәbәbi ondan ibarәtdir ki, indiyә kimi bizim üçün lazım olan Dağlıq Qarabağ mәsәlәsindә belә bir mövqe almamışıq\”.

Nazir müavini sonra bildirib: \”Riqa sammitindә bәyan etdilәr ki, \”şәrq tәrәfdaşlığı\” ölkәlәrinin әrazi bütövlüyünü, suverenliyini, sәrhәdlәrinin toxunulmazlığını dәstәklәyirlәr: \”Amma bu münaqişәnin necә hәll olunması ilә kommunikedә belә bir paraqraf yazmayıblar. Moldova, Gürcüstan, Ukrayna mәsәlәsindә hәm әrazi bütövlüyünü dәstәklәyir, hәm dә mәsәlәnin necә hәll olunmalı olduğunu deyirlәr. Azәrbaycana geldikdә isә deyirlәr ki, Minsk qrupu var. Onlar nə qədər danışıqlara gәlsələr, biz dәstәyimizi bildirәcәyik. Amma söhbәt ondan gedir ki, sәnin mövqeyin nәdir? Hansı prinsiplәr çәrçivәsindә bu münaqişә hәll olunmalıdır? Niyә digәr ölkәlәrin münaqişәsindә bunu deyirsiniz, amma Azәrbaycanla bağlı demirsiniz? Eyni zamanda, deyirsiniz ki, Azәrbaycan bizim üçün çox vacibdir. Azәrbaycan terrorizmlә mübarizәdә, enerji tәhlükәsizliyindә, multikulturalizmdә çox vacibdir. Bu səbələrdən belә soyuqluq var. Tbilisidә görüş keçirildi. Nazir Elmar Mәmmәdyarov komissar Yohannes Hanla görüşdü. İlin әvvәlindә ola bilsin ki, Federika Mogerinin Azәrbaycana sәfәri olsun. Hesab edirәm ki, bu vәziyyәtdәn çıxmaq lazımdır. Amma eyni zamanda, biz öz mövqeyimizdә durmalıyıq. Çalışmalıyıq ki, danışıqlar da bu strateji çәrçivәdә olsun. Amma həm də bilmәliyik ki, Avropa iqtisadi cәhәtdәn çox vacibdir. Texnologiya, yaxşı idarәçilik oradadır. Biz onlardan çox şey götürә bilәrik, amma eyni zamanda da Qarabağ mәsәlәsindә tәlәb edәcәyik ki, bizә uyğun mövqe tutsunlar\”.

M.Məmmədquliyev vurğulayıb ki, bizim parlament qәrar çıxarıb ki, daha Avronestdә iştirak etmәsin: \”Demәk olmaz ki, parlamentin hamısı bu layihәyә sәs verib. Әn böyük partiya olan Avropa Xalq Partiyasınln üzvlәrinin hamısı qәtnamәnin әleyhinә sәs verib. Avropa parlamentinin bütünlüklә Azәrbaycana qarşı olduğunu demәk düzgün deyil. Bu səbəbdən AP ilә işlәmәk lazımdır. Ona görә ki, o Aİ-nin bir tәşkilatıdır. Bütün mühüm mәsәlәlәr AP-dәn keçmәlidir. Bizim parlamentlәrarası әmәkdaşlıq qrupumuz var. Bir müddәtdir qrupun iclası keçirilmir. Düzdür, o qәtnamәdәn sonra biz ümumiyyәtıә bir sıra mexanizmlәri dayandırmışıq. Amma bu parlamentin işidir, biz bir şey dәyә bilmәrik\”.

Nazir müavini deyib ki, ÜTT-yә üzvlük mәsәlәsi uzanır: \”Ona görә ki, biz lazımi sәnәdlәri hәlә tәqdim etmәmişik. ÜTT-nin öz qaydaları var. Onlar bizim qarşımıza suallar qoyublar. Sonuncu görüş fevral ayında olub. Onlar qarşımıza suallar, tәkliflәr qoyublar, xahiş ediblәr. Bәzi mәsәlәlәrdә bizdәn tariflәr istәyirlәr. Biz hәlә ki, bunların heç birinә cavab vermәmişik. Hәlә ki, sәnәdlәr yoxdur. Biz danışıqlara hazır deylik. Biz onların istәdiklәri sәnәdlәri hazır edәndә vaxt tәyin edәcәklәr, işçi qrupunun görüşü və ikitәrәfli danışıqlar olacaq. Bizim mәqsәdimiz ondan ibarәtdir ki, әvvәlcә iqtisadiyyatı şaxәlәndirәk. Sonra danışıqları aparaq\”.

İnterpress.az