İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, dünyada vətəndaş hüquq və azadlığı problemləri ilə məşğul olan “Freedom Hous” təşkilatının son hesabatına görə, keçən il internetə senzura tətbiq etməkdə dünya ölkələri arasında Çin 1-ci,Suriya 2-ci,İran isə 3-cü yeri tutub.
Senzurasız və azad internet fikrinin əsası İslandiyada qoyulub. Sonra bu təşəbbüsə Estoniya, Kanada, Almaniya, Avstraliya və ABŞ-da qoşuldu.
Təşkilatın açıqlamalarına görə inetrnetə senzura tətbuq edən İran və adı çəkilən digər iki ölkə, öz vətəndaşının hüquq və azadlıqlarını kobud şəkildə pozur.
Hesabatda daha sonra deyilir:” İranda Həsən Ruhani prezident seçildi və ölkə vətəndaşlarına İranda bir çox sahələrdə yeni islahatlar aparacağına söz verdi. Amma hələ də, internet və sosial şəbəkələrə tətbiq edilən senzura ləğv ediləmiş qalır. İranda keçən il internet resurslardan istifadə etmək məsələsində vətəndaşların hüquq və azadlıqlarının vəziyyəti daha da pisləşib.
Hakimiyyət müxaliflərin və islahatçıların internetdən istifadəsinə güclü senzura tətbiq edir.”
Xatırladaq ki, İranda internetdən istifadə etməklə azad fikir və hakimiyyətə qarşı etiraz bildirən bir neçə müxalif bloqqer həbs edilib.
İnterpress.az