İranin İŞİD narahatlığıbackend

İranin İŞİD narahatlığı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
İnterpress.az İran mətbuatına istinadən xəbər verir ki, İran təhlükəsizlik orqanları İraqın Kərbəla şəhərində İmam Hüseyn(ə)-in 40(Ərbəin) mərasiminin bitməsi ilə, Kərbəladan ölkəyə geri dönən İranlı zəvvarlar arasında monitorinq keçirməyi qərar verib.Buna səbəb kimi, zəvvarların arasında ölkəyə İŞİD terrorçularının girə biləcəyi təhlükəsi göstərilir. Bu addım Tehranda təhlükəsizlik tədbirlərinin artırıldığı bir vaxtda, ekstremist qüvvələrin qarşısını almaq üçün atılır.
İran Sərhəd Polisinin komandiri, general Qasem Rezayi deyib ki,”bizim tərəfimizdən Kərbəla şəhərindən geri dönən İranlı zəvvarların ciddi yoxlanılması və aralarında “təhlükəsizlik monitorinq”-i keçirilməsi nəzərdə tutulub.”
O deyib:” İranın Mehran sərhəd məntəqəsi yolunda zəvvarlar xüsusi yoxlamadan və təhlükəsizlik monitorinqindən keçir.

Son illərdə dövlətin dəstəyi ilə, İrandan yüz minlərlə zəvvar, Kərbəlada şiyyələrin üçüncü İmamı Hz. Hüseyn(ə)-in məzarını ziyarət etmək üçün yola salınıb.
İraq nəqliyyat naziri Baqir Əl-Zubaidi dedi ki, bu il 26 milyon insan 40-ci gün (Ərbəin) mərasimində iştirak edib.”

İranlı zəvvarların sayı haqqında dəqiq bir rəqəm yoxdur. Lakin, İranın “Fars Xəbər Agentliyi”-nin verdiyi xəbərə görə bu il, 40-cı gün mərasimində, Kərbəlada 600 min İranlı zəvvar ziyarətdə olub.
Təqribən on gün bundan əvvəl bir sosial şəbəkəyə yerləşdirilən video görüntüdə, İŞİD terror təşkilatının üzvü, Amerika, Çin, Rusiya ilə yanaşı, İranı da təhdid edib hədələyir.
Bu həftənin çərşənbə günü İran xəbər agentlikləri, Kərbəlada beş kamikadzenin öldürüldüyünü bildirdi.
Eyni zamanda “İlna” agentliyinə müsahibə verən təhlükəsizlik məsələləri üzrə bir ekspert də, “Son günlər İranda İŞİD-ə bağlı qrupların 20 terror aksiyasının qarşısı İran təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən alınıb” dedi.

Interpress.az