ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, nazirlikdə müraciətə baxılıb, qanunamüvafiq sənədlərin təqdim olunmasından sonra mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq ümumilikdə 15 xarici vətəndaşa “Sarısu” ovçuluq təsərrüfatı da daxil olmaqla İmişli, Kürdəmir, Hacıqabul rayonlarının ərazisində, o cümlədən Biləsuvar ərazisindəki ovçuluq təsərrüfatlarında normativlər daxilində müvafiq sayda çöl quşlarının ovlanmasına icazə bileti verilib.
Qeyd edək ki, xarici vətəndaşlara Azərbaycan Respublikası ərazisində ov etmək üçün icazənin verilməsi 20 aprel 2004-cü il tarixli “Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun 14.6-cı bəndi ilə təsbit edilmiş və Nazirlər Kabinetinin 2004-cü il 30 sentyabr tarixli 147 nömrəli Qərarı ilə təsdiqlənən “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi Qaydası” ilə tənzimlənir.
Interpress.az