3 dekabr Əlilliyi olan insanların günüdürbackend

3 dekabr Əlilliyi olan insanların günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

3 dekabr Beynəlxalq Əlilliyi olan Şəxslərin Günü kimi qeyd olunur. Dünya əhalisinin təxminən 10 faizini fizikiimkanları məhdud insanlar təşkil edir. Əlilliyi olan insanların 20 faizi inkişaf etməkdə olan ölkələrin payına düşür. Azərbaycan BMT Baş Məclisi tərəfindən 2006-cı ildə qəbul edilmiş “Əlillərin hüquqları haqqında” Konvensiyaya qoşulub. İnterpress.az-ın verdiyi xəbərə görə, Azəri Türk Qadınlar Birliyinin sədri, ATEV başqanı Tənzilə Rüstəmxanlı facebook social şəbəkəsində bu günlə bağlı fikirlərini bölüşüb: “Fiziki imkanları məhdud ya doğuşdan olur, ya da sonradan, hər hansı xəstəlik və qəza nəticəsində olur. “Allah belə istədi” deyə, təsəlli verər, şükür edərik. Bu ayıb deyil, günah deyil, qüsur deyil və Allahdan gəldiyi üçün üsyan etmirik və edilməməlidir.
T.Rüstəmxanlı bu insanlara yardım edilməyin vacibliyindən danışıb: “Bu insanları cəmiyyətdən xaric etməməliyik, yara vurmamalıyıq, yaralarını sarımalıyıq. Bu insanlara yardım edilməlidir və daim onlar ətrafındakılardan, sevgi, şəfqət, mərhəmət görməlidirlər”.
ATEV başqanı daha sonra mənəvi əlillərdən söz açıb: “Bir də ikinci növ əngəlli olanlar var. Belələri bizim içimizdə sağlam insanlar kimi gizir-dolaşır ki, onların xəstəliyini ancaq üz-üzə gəldiyimiz anda hiss edirik. Gerçəkləri görməkdən və eşitməkdən məhrum olanlar, ruhunu şeytana sataraq, hər gün içində yığdığı kin, nifrət zəhəri ilə insanların yaşamını məhv etməkdən zövq alan mənəvi əlilləri, mənəviyyatı, əxlaqı və başdan ayağa bütün varlığı insanlıq üçün təhlükə olan əngəllilər var həyatımızda. Allahım sizləri qarşılaşacağınız əngəllərdən və mənəviyyatı əngəlli olanlardan qorusun. Bu gün əlilliyi olan insanların günüdür. Onların yanında olmaq, ruhu sağlam olan insanların işidir.

Interpress.az