Ermənilər bu dəfə \”Köçəri\” milli rəqsimizi özünküləşdirmək istədilər. Ancaq cəhdləri alınmadı.
İnterpress.az xəbər verir ki, Ermənistanın xalqımıza məxsus \”Köçəri\” milli rəqsini özününküləşdirmə cəhdi uğursuz alınıb. Belə ki, erməni tərəfi, UNESCO-nun Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitəsinin Vindxukda keçirilən 10-cu iclasında, \”Köçəri\” rəqsinin milli irs siyahısına salınması ilə bağlı müraciət edib. Lakin onların bu müraciəti nəticəsiz qalıb. Bu barədə Azərbaycan Mədəniyyət və Turizm nazirinin mətbuat katibi İntiqam Hümbətov məlumat verib. Hümbətov açıqlamasında Azərbaycanın UNESCO-dakı nümayəndə heyətinin ermənilərin bu cəhdlərinin qarşısını vaxtında aldıqlarını bildirib. \”UNESCO Qiymətləndirmə Orqanı nominasiya fayllarını nəzərdən keçirmiş və hər ölkənin təqdim etdiyi fayla dair rəylərini bildirmişdi. Ermənistan tərəfin təqdim etdiyi \”Köçəri, ənənəvi qrup rəqsi\” tələb olunan beş kriteriyaya görə mənfi rəy almışdı\” — deyə İntiqam Hümbətov əlavə edib. Komitədə təmsil olunan Azərbaycan nümayəndə heyəti üzv ölkələrin nümayəndələri ilə keçirdiyi görüşlərdə \”Köçəri, ənənəvi qrup rəqsinin\” Ermənistan tərəfindən milliləşdirilməsinin qəbuledilməz olduğunu ifadə edərək bu məsələ ilə bağlı Qiymətləndirmə Orqanının rəyinin və Komitənin ona uyğun qərarının gələcəkdə Ermənistanın Konvensiyanın tələblərinə riayət etməyə məcbur edəcəyini bildirib. (sputnik)
Interpress.az