İranda daha 3 nəfər edam edilibbackend

İranda daha 3 nəfər edam edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Güneyli mənbəyə istinadən xəbər verir ki, İranda narkotik maddələrin satışı və qaçaqmalçılığında təqsirli bilinərək ölümə məhkum edilmiş daha 3 nəfər edam edilib. Hadisə 2 həftə əvvəl baş versə də bu barədə xəbər yenicə yayılıb.
Edama məhkum olunmuş məhbus Əli Laçıni, adları mediaya açıqlanmayan daha iki məhbusla birlikdə noyabrın 18-i sübh saatlarında Güney Azərbaycanın Qoşaçay (Miyandab) şəhərinin zindanında dar ağacından asılıb.

Qeyd edək ki, son aylarda İranda edamların sayının kəskin artması beynəlxalq hüquq müdafiəçilərinin ciddi narahatlığına səbəb olub.

Interpress.az