Rus azarkeşlərə stadion qadağasıbackend

Rus azarkeşlərə stadion qadağası

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, UEFA Çempionlar liqasının növbəti turunda oynanılacaq Gent-Zenit matçında rus azarkeşlərin stadiona girişinə qadağa qoyulub. Bu barədə Belçikanın Gent şəhər bələdiyyə başçısı Daniel Termont məlumat verib.

Termont, Gent şəhərində çoxlu sayda türklərin yaşadığını səbəb göstərərək rus tərəfdarların stadiona gəlməməsini tövsiyyə edib. Bələdiyyə başçısı, Zenitə azarkeşlik edənlərin stadiona buraxılmayacağını deyib.

\”Rusiya-Türkiyə arasındakı gərgin münasibətləri nəzərə aldığımız üçün, rus dostlarımızın stadiona girişini doğru hesab etmirik. Çünki Gent şəhərində çoxlu sayda türklər yaşayır\”, deyə Daniel Termont əlavə edib.

Mövzu ilə bağlı Rusiya İdman naziri Vitali Mutko da açıqlama verib.

Mutko, qərarın normal olmadığını, bu səbəblə də UEFA-ya şikayət edəcəklərini bildirib.

Interpress.az