Güneyli fəal Aydın Zakiridən xəbər yoxdurbackend

Güneyli fəal Aydın Zakiridən xəbər yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Güneyli mənbələrə istinadən xəbər verir ki, İranda Azərbaycan milli kimliyi uğrunda apardığı dinc mübarizəyə görə, üç həftədən çoxdur ETTELAAT-ın Meşkinşəhr idarəsdinin təcridxanasında saxlanılan azərbaycanlı fəal Aydın Zakirinin taleyi naməlum olaraq qalır.
Güney Azərbaycan mənbələrinin yaydığı məlumata görə, ETTELAAT məmurları dinc fəala deyiblər ki, əgər o əvvəlki işi (dosyesi) ilə əlaqədar məhkəmə prosesinin açıq keçirilməsi barədəki tələbindən əl çəksə onu azadlığa buraxacaqlar. Fəal isə ETTELAAT əməkdaşlarının bu istəyini rədd edərək, bildirib ki, o nəinki bunu etməyəcək, hətta qanunsuz həbsinə və ona göstərilən təzyiqə etiraz olaraq lazım olsa aclıq aksiyasına da başlayacaq.

Azərbaycanlı fəalın həbsindən 24 gün keçməsinə baxmayaraq onun hələ də ETTELAAT idarəsinin təcridxanasında saxlanılması və təzyiq altında tez-tez dindirilməsi davam edir. Bu isə ciddi nigarançılığa səbəb olub.

Qeyd edək ki, ETTELAAT-ın Meşkinşəhr bölməsinin əməkdaşları Aydın Zakirini noyabrın 9-da rassizm və fars irqçiliyinə qarşı keçirilən kütləvi etiraz yürüşündə tutublar. 10-a yaxın təhlükəsizlik məmuru hücumuna məruz qalan azərbaycanlı fəalı tutularkən vəhşicəsinə döyülüb.

Interpress.az