Seçkilərdə etnik məsələləri dilə gətirilməyəcəkbackend

Seçkilərdə etnik məsələləri dilə gətirilməyəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Güneyli mənbəyə istinadən xəbər verir ki, Şərqi Azərbaycan valisinin təhlükəsizlik və siyasi məsələlər üzrə müavini qarşıdan gələn parlament seçkilərində rejimin qırmızı xəttini elan edib.

Səid Şəbistəri Şərqi Azərbaycan icra hakimiyyətlərinin (fərmandar) nümayəndələri ilə keçirdiyi iclasda seçkilər məsələsinə toxunub. Əhalinin seçkilərə qatılımının önəmini vurğulayan vali müavini, seçkilərdə iştirak edəcək namzədlərə xüsusi xəbərdarlıq da edib. O bildirib ki, “namzədlər etnik məsələlərinə toxunmamalıdır. Bu məsələ sistemin qırmızı xətti sayılır. Hər kəs bunu riayət etməsə və etniklər arasında nifaq salmağa çalışsa, ona qarşı qanuni tədbir alınacaq. Biz hamımız İslam Cümhuriyyətində yaşayırıq və onun inkişafı üçün birgə hərəkət edirik.”

S.Şəbistəri vurğulayıb ki, dövlət seçkilər dönəmində namzədlərin bütün hərəkətlərinə müxtəlif vasitələrlə nəzarət edəcək.

Interpress.az