Bakıda heroin alverçiləri saxlanılıb – İkisi qadındırbackend

Bakıda heroin alverçiləri saxlanılıb – İkisi qadındır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hələ ki 3 nəfər üzvü müəyyən edilən dəstənin ətrafında araşdırma aparılır. Bakı Şəhər Baş Polis İdarəsi Narkotiklərlə Mübarizə Idarəsi tərəfindən keçirilən əməliyyat nəticəsində Bakı şəhər sakini əvvəllər məhkum olunmuş 1981-ci il təvəllüdlü İlqar Mehdiyevdən 4 bükümdə 0,74 qram heroin götürülüb.

Müəyyən edilib ki, ona narkotiki Bakı sakini 1980-cı il təvəllüdlü Günel İsayeva satıb. G.İsayeva da saxlanılıb və ondan 2 bükümdə 0,885 qram heroin götürülüb. G.İsayevaya isə heroini satanın 1965-ci il təvəllüdlü Arifə Məmmədova olması müəyyən edilib.

A.Məmmədova da tutulub, ondan isə 0,750 qram heroin götürülüb. Günel İsayevanın yaşadığı A.Şaiq küçəsində yerləşən evə baxış zamanı 3,022 qram heroin aşkar edilərək götürülüb. Faktla bağlı araşdırma aparılır.

Interpress.az