UNESCO Lahıc misgərliyini öz siyahısına daxil edibbackend

UNESCO Lahıc misgərliyini öz siyahısına daxil edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, bununla bağlı müvafiq ərizəni Azərbaycan verib.
\”Dəmirçi bişirilən misdən formalar düzəldir, oymaçı isə xalq ənənələri, mənəvi dəyərləri əks etdirən təbiət səhnələrini onların üzərinə naxış kimi vurur. Azərbaycanlılar bu qabları geniş istifadə edir. Mis qabların hazırlanma ustalığı isə atadan oğula təhvil verilir\”, – BMT-nin məlumatında bildirilir.
Bu sənətin Lahıc icmasına mənsub olduğu hesab edilir.
Fəaliyyətinin ilk günlərində komitə YUNESKO-nun bəşəriyyətin qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına 13 obyektin daxil edilməsi barədə qərar çıxarıb.
Onların sırasında İspaniyanın Vyanada klassik atçılıq və ali at sürmə məktəbi, Argentinanın ənənəvi dekorativ rəsm texnikası \”Filete porteno\”, Makedoniyanın iki səs kişi oxuma üslubu \”qlasoeçko\”, Portuqaliyada inək üçün zənglərin hazırlanması və digər ənənələr də var.

İnterpress.az