İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya qüvvələri sentyabr ayının sonundan Suriya qoşunlarına havadan dəstək göstərirlər.
Cənab əl-Əsəd Çexiya televiziyasına müsahibəsində deyib ki, ABŞ həmlələrindən fəqrli olaraq Rusiyanın hava zərbələri İD qrupuna təsir göstərib.
Bəşər əl-Əsəd həmçinin Türkiyə tərəfindən Rusiya hərbi təyyarəsinin vurulmasını pisləyib.
O əlavə deyib ki, \”Su-24\”-lə bağlı hadisə cihadçılar əleyhinə qüvvələr balansını dəyişdirməyəcək və Rusiyanın münaqişədə iştirakı artacaq.
Suriya əməliyyatının əvvəlində Moskva əsas hədəf olaraq İslam Dövlətini göstərsə də, əsasən digər hökumət əleyhdarlarının mövqelərinə zərbələr endirir.
ABŞ ötən ay bildirib ki, Rusiya həmlələrinə bir çox halda əl-Əsədə “müxalif olan mötədil Suriya qüvvələri” məruz qalır.
İnterpress.az