Zərdabda canavar kəndə hücum edibbackend

Zərdabda canavar kəndə hücum edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın yerli bürosunun rayon sakinlərinə istinadən verdiyi xəbərə görə, hadisə gecə rayonun Allahqulubağı kəndində baş verib. Kənd sakini Mustafa İsgəndərovun fərdi təsərrüfatına hücum edən canavar diri çəkisi 300 kiloqram olan bir baş öküzü parçalayaraq tələf edib. M. İsgəndərov gecə tövlənin qarşısından səs gəldiyini eşidib və həyətə düşən zaman bir canavarı tövlənin qarşısında görüb. M. İsgəndərov səs-küy saldıqdan sonra vəhşi heyvan ərazidən uzaqlaşıb. Kənd sakinlərin Allahqulubağı kəndinin Kür çayının sahilində yerləşdiyini və meşəliklə əhatə olunduğundan analoji hadisələrin tez-tez baş verdiyini, bu cür hadisələrin qarşısını almaqda isə aciz olduqlarını bildiriblər.

İnterpress.az