Mübariz Qurbanlı: “Məscidi siyasət meydanına çevirənlər haqda ölçü götürüləcək”backend

Mübariz Qurbanlı: “Məscidi siyasət meydanına çevirənlər haqda ölçü götürüləcək”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

APA-nın xəbərinə görə, bunu Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. O bildirib ki, məscidlərdə qanuni imamlar fəaliyyət göstərməlidir: “Qanuni imamlar məscidlərdə moizə oxumalıdır. Ancaq bu gün Nardaran məscidində kimlərsə qanunsuz moizə oxuyur. Məscidi siyasət meydanına çevirənlər haqda ölçü götürəcək. Şeyxülislama bu haqda məlumat vermişik. Nardaranda yalnız bir məscid rəsmi qeydiyyatdan keçib. Nardaranda və başqa yerlərdə radikal cücərtilərin qarşısı alınmalıdır. Biz ənənəvi islamı qorumalıyıq. Ənənəvi islam da peyğəmbərimizin sünnəsidir”.

Komitə sədri əlavə edib ki, Azərbaycanın dünyəviliyinə, azərbaycançılıq ideologiyasına istənilən müdaxilənin qarşısı alınacaq: “Dövlət həmişə güzəştə gedib. Şeyxülislam bu məsələlərin həll olunmasında iştirak edib. Biz sonsuza qədər bu məsələlərə dözüm göstərə bilməzdik. Tolerantlığın da bir həddi var. Azərbaycan dünyəvilik prinsipinə söykənir. Bu da ümumxalq referendumu ilə belə olub. İslam dünyasında baş verən hadisələri hamı görür. İslam adı altında fəaliyyət göstərən qruplardan başqa dövlətlərin istifadə etdiyinin şahidiyik”.

M. Qurbanlı qeyd edib ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin dövlət-din münasibətlərinin tənzimlənməsində müstəsna xidmətləri var: “Ölkə qanunları var, QMİ-nin nizamnaməsi var. Din sahəsində nə qədər uğurlarımız varsa, bu uğurların sahibi bizik. Din adından sui-istifadə varsa, bunun aradan qaldırılmasına da cavabdeh bizik. Biz başqa ölkələrin dövlət modelinin Azərbaycanda tətbiq edilməsinə imkan verməməliyik. İmkan verə bilmərik ki, kimlərsə Allah evini siyasət meydanına çevirsin. İslam dini bəndə ilə Allahın bağlılığını təmin edən dindir”.

İnterpress.az