Qorbaçovdan Türkiyə və Rusiyaya dialoq çağırışıbackend

Qorbaçovdan Türkiyə və Rusiyaya dialoq çağırışı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, Sovet İttifaqının son lideri Mixail Qorbaçov, Rus təyyarənin vurulmasından sonra baş verən gərginliyin iki ölkə üçün də itki olduğunu bildirərək, Ankara və Moskvaya razılaşma üçün dialoq çağırışı edib.
Təyyarənin vurulmasının ardından, hər iki tərəfdən yüksək səviyyəli rəsmilərin hadisəni aydınlaşdırmaq üçün bir araya gəlməsini gözlədiyini ifadə edən Qorbaçov, \”Hadisələrin bir inkişafı, təəssüf ki, baş verdi. Münasibətlərin son bir neçə ildəki vəziyyətinə gəlmək üçün çox şeylər edilib. Mənim dövrümdə də əlaqələrin inkişaf etdirilməsi üçün çox işlər görülüb. Bizim ölkələrimizin inkişafına töhfə verən böyük və geniş əlaqələrimiz var\” dedi.
Rusiya və Türkiyə münasibətlərinin pisləşməsinin təkcə iki ölkə üçün itki olmadığını, Avropa əlaqələrinə də zərbə vurduğunu bildirən Qorbaçov, bu hadisənin Yaxın Şərqin təhlükəsizliyinə də təsir edəcəyi fikrini müdafiə etdi.
Qorbaçov, \”Hər cür dialoq qurulmalıdır. İlk mərhələdə dialoq olmasa belə hər şeyə rəğmən münasibətləri düzəltmək üçün yollar axtarmaq lazımdır\” deyə danışdı.

İnterpress.az