İnterpress.az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir Netanyahu, Cəlilə bölgəsi ilə bağlı Akka şəhərində təşkil olunan toplantıda iştirak edib.
Colan təpələrində İranın yeni bir cəbhə təşkil etməsinin qarşısının alındığını bildirən Netanyahu, \”Eyni şəkildə Suriyadan Livana ölümcül silahların göndərilməməsi üçün də çalışırıq və işləməyə davam edəcəyik\” dedi.
Netanyahu, \”Maraqlarımızın zərər görməməsi və bizə qarşı yeni bir cəbhə yaratmamaq üçün Suriyada zaman- zaman fəaliyyət göstəririk\” şəklində danışdı.
İsrail Ordusu və Suriya ərazisindəki Rus qüvvələri arasında baş verəcək bir hadisənin qarşısını almağın vacib olduğunu ifadə edən Netanyahu, tərəflər arasında bu məsələdə koordinasiyanın təmin olunduğunu qeyd edib.
İnterpress.az