Vilayəti, \”Əsədin Suriyada olması zəruridir, ancaq Suriya Prezidenti istəsə, biz onu İranda qarşılamağa hazırıq. Fikirlərimizi ona bildirərək, ölkəsini müdafiə etməyi tərk etməsini istəmirik. İrana gəlmək istəsə, onu bir qəhrəman kimi isti bir şəkildə qarşılayacağıq. Çünki o, ötən 5 il ərzində xalqını və ölkəsini müdafiə etdi\” dedi.
Vilayəti, Türk hava məkanını pozduğu iddiası ilə vurulan \”Su-24\” tipi Rus döyüş təyyarəsinə də toxunub.
Xameneyinin baş məsləhətçisi, Rusiyanın Suriyadakı hərbi əməliyyatlarının qanuni olduğunu müdafiə edərək, Rus təyyarəsinin vurulmasının region ölkələrinin maraqlarına zərər verdiyini irəli sürdü.
Əli Əkbər Vilayəti, \”İranın bölgədə təzyiqi artıracaq hər cür qarşıdurmaya qarşı olduğunu\” irəli sürərək, \”Türkiyə və Rusiya İranın qonşularıdır və biz də iki ölkədən təzyiqi salmalarını və bir daha bu cür hadisələrə meydan verməmələrini istəyirik\” dedi.
İnterpress.az