APA-nın xəbərinə görə, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov ATƏT Xarici İşlər Nazirləri Şurasının Belqradda keçirilən 22-ci toplantısında çıxışı zamanı deyib.
Nazir bildirib ki, yaranmış vəziyyət müvafiq prosedurlar tətbiq edilərək aradan qaldırılmalıdır.
E. Məmmədyarov dondurulmuş münaqişələrin regional sülh və sabitliyə əsas təhdid olduğunu da vurğulayıb: “Şuranın ötən il Bazeldə keçirilən toplantısından bəri Dağlıq Qarabağ münaqişəsində heç bir irəliləyişə nail olunmayıb. Ermənistan rəhbərliyi danışıqlar prosesində ancaq imitasiya ilə məşğuldur”.
Nazir Ermənistanın Dağlıq Qarabağın maddi-mədəni sərvətlərini talan etdiyini də diqqətə çatdırıb. “Ermənistan qoşunlarının işğal edilmiş Azərbaycan torpaqlarında qalması regionda qeyri-sabitlik yaradan əsas amildir. BMT TŞ-nin qətnamələrində nəzərdə tutulduğu kimi Ermənistan qoşunları Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmalıdır. Ermənistan qoşunlarının çıxarılması Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyə töhfə verəcək, münasibətlərin normalaşmasına gətirib çıxaracaq. Sergey Lavrov tərəfindən verilən təkliflər danışıqlar prosesinə yaxşı təkan verə bilər”, – deyə nazir əlavə edib.
İnterpress.az