Nazirlik: Hər il əlilliyi olan 8 minədək şəxsə reabilitasiya xidmətləri göstərilirbackend

Nazirlik: Hər il əlilliyi olan 8 minədək şəxsə reabilitasiya xidmətləri göstərilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən “İnterpress”ə verilən məlumata görə, tədbirdə ölkəmizdə həyata keçirilən sosial siyasətin mühüm bir istiqamətinin əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsinə yönəldiyi vurğulanıb.

@Əlilliyi olan şəxslərə ödənilən sosial müavinət və Prezident təqaüdlərinin, əmək pensiyalarının məbləği mütəmadi olaraq artırılır. Eyni zamanda, müharibə əlilləri və onlara bərabər tutulan vətəndaşların dövlət büdcəsi hesabına mənzil və minik avtomobilləri, müxtəlif reabilitasiya vasitələri ilə təminatı sahəsində mühüm tədbirlər həyata keçirilir. Nazirliyin əlilliyi olan şəxslər üçün 14 bərpa-müalicə müəssisəsində hər il 8 minədək müvafiq şəxsə reabilitasiya xidmətləri göstərilir. Son illərdə həmin müəssisələrin müasir tələblərə uyğun qurulması üçün məqsədyönlü işlər aparılır. Cari ilin sentyabr ayında yenidənqurmadan sonra açılışı olan Respublika Əlillərin Bərpa Mərkəzi bu gün bərpa müalicəsi sahəsində ən yüksək standartlara cavab verən bir müəssisədir. Burada əlilliyi olan şəxslərin reabilitasiya potensiallarının reallaşdırılması məqsədilə səmərəli tibbi-fizioterapevtik üsulların həyata keçirilməsi üçün ən müasir tələblər səviyyəsində şərait yaradılıb”, – deyə məlumatda vurğulanıb.

Nazirlik: Hər il əlilliyi olan 8 minədək şəxsə reabilitasiya xidmətləri göstərilir

İnterpress.az