\”Biz ATƏT-in Minsk qrupu həmsədrlərinin təşkilatçılığı ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkısyan arasında qarşıda gözlənilən görüşü dəstəkləyirik. Baş verən son gərginliklərin fonunda biz tərəfləri münaqişənin sülh yolu ilə həll prosesinə sadiqliyi təkrar nümayiş etdirməyə və sülh prosesində ciddi olmayan istənilən yanlış təsəvvürləri danışıqlar yolu ilə dağıtmağa çağırırıq. Tərəflər 2014-cü ildə hərtərəfli həlli nəzərdə tutuan Soçi, Uels v Paris görüşlərindəki danışıqları, 2016-cı ildə də hazırda danışılar prosesində olan təkliflər üzrə intensiv dialoqu davam etdirməlidirlər\”, — deyə bəyanatda bildirilir.
Bəyanatda qeyd olunur ki, təmas xəttində və Ermənistan-Azərbaycan sərhədində zorakılıq hallarının ciddi şəkildə artması ilə bağlı status-kvo bu il qeyri-stabil olub.
\”Biz xüsusilə minaatan və digər ağır silahlardan istifadəni pisləyir və bu silahların istifadə olunması səbəbilə dinc insanların xəsarət almasından təəssüf hissi keçiririk. Dağlıq Qarabağ promleminin hərbi yolla həlli yoxdur. Günahsız insanların ölümü və yaralanmasına bəraət qazandırmaq olmaz. Biz tərəfləri ən sərt dillə gərginliyi azaltmağa və insanların həyatını qorumağa çağırırıq. Həmsədrlər risk azaldıcı təkliflər irəli sürüblər. Ümid edirik ki, ATƏT araşdırma mexanizmi də daxil olmaqla tərəflər bu təklifləri qəbul edəcəklər\” — deyə məlumatda vurğulanır.
İnterpress.az