Rusiyanın, İŞİD neftinin Türkiyəyə gətirildiyinə dair sənədləri Türkiyə Böyük Millət Məclisinin gündəminə çıxarıldı.
İnterpress.az türk mətbuatına istinadən xəbər verir ki, CHP İstanbul Millət Vəkili Şafak Pavey, Baş Nazir Əhməd Davudoğlundan həmin sənədlərlə bağlı məlumat istəyərkən, \”Türkiyənin İŞİD ilə bir neft müqaviləsi vardır? Vardırsa şərtləri nələrdir\”? Deyə soruşdu.
CHP-li Şafak Pavey, Baş Nazir Əhməd Davudoğlunun cavab verməsi tələbi ilə Türkiyə Böyük Millət Məclisinin Rəhbərliyinə verdiyi yazılı sual əlavəsində, 26 noyabr 2015-ci il tarixində Fransa Prezidenti Olland ilə birgə mətbuat konfransında danışan Rusiya Prezidenti Vladimir Putinin açıqlamalarını xatırlatdı. Putinin, \”Suriyada terrorçuların olduğu bölgələrdən gecə-gündüz yük maşınları ilə neft Türkiyə ərazisinə daşınır. Qəti olaraq o neft tankerlərinin Türkiyəyə dolu gedib boş qayıtdıqlarını bilirik. Bu Türkiyə xalqının da bir problemidir\” dediyini qeyd edən CHP-li Pavey, Baş Nazir Davudoğlundan suallarına cavab istədi.
İnterpress.az