20 ton ətdə xəstəlik tapıldıbackend

20 ton ətdə xəstəlik tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cəmdəklərin mənşəyinin hansı növ heyvana aid olduğunu, məcburi kəsildiyini, yaxud ölmüş heyvan cəmdəyi olmasını aydınlaşdırmaq, onların xəstəlik törədiciləri daşımasının yoxlanılması üçün həmin cəmdəklərdən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına təqdim edilib.

Laboratoriyaya göndərilən nümunələrdə bakterioloji, mikroskopiki və kimya-toksikoloji müayinələr aparılıb. Aparılan bakterioloji müayinə zamanı nümunələrdə bakterioloji çirklənmə, salmonella və eşerixa koli (escherichia coli) xəstəliklərinin törədicisi müəyyən olunub. Biokimyəvi müayinə zamanı isə yoxlanılan nümunələrin keyfiyyətsiz, eləcə də götürülmüş nümunələrdən əksəriyyəti ölmüş və aqoniya vəziyyətində kəsilmiş heyvanların ətləri olduğu müəyyən edilib.

Aparılan müayinələrin nəticəsinə əsasən, yoxlanılan ət nümunələri qida üçün yararsız olduğu və baytarlıq-sanitariya tələblərinə cavab vermədiyi üçün onun zərərsizləşdirilməsinə qərar verilib.

Ətlərin zərərsizləşdirilməsi tədbiri bu günlərdə həyata keçiriləcək.

Xatırladaq ki, dekabrın 1-də Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidmətinin mütəxəssislərinin Daxili İşlər Nazirliyinin Karantin-Polis Taborunun əməkdaşları ilə birgə keçirdiyi reyd zamanı Bərdə rayonunda yuxarıda qeyd edilən ünvanda dövlət baytarlıq qeydiyyatında olmayan iki soyuducu kamerada 20 tona yaxın mənşəyi məlum olmayan, qida üçün yararlığı şübhə doğuran dondurulmuş heyvan cəmdəkləri aşkar edilib.

İnterpress.az