Məhkəmə daha bir MTN generalına “yox” dedibackend

Məhkəmə daha bir MTN generalına “yox” dedi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhkəmə Səbail rayon Məhkəməsinin qərarını qüvvədə saxlayıb, S.Qurbanovun apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, noyabrın 25-də Baş Prokurorluğun yaydığı məlumatda MTN-in 21 sabiq əməkdaşının Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edildiyini bildirilib. 19 şəxs barəsində həbs-qətimkan tədbiri, 1 nəfər barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib, istintaqdan yayınan 1 şəxs barəsində isə həbs-qətimkan tədbiri seçilməklə axtarış elan edilib.

MTN əməkdaşlarının törətdiyi cinayət əməlləri nəticəsində hüquqları pozulmuş 57 nəfər zərər çəkmiş şəxs qismində tanınıb. Onlara dəymiş ziyanın ümumi məbləğinin on milyonlarla manat olduğu müəyyən edilib.

Səbail rayon Məhkəməsində S.Qurbanov barəsində dörd ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Ona Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 309-cu (vəzifə səlahiyyətlərini aşma) maddələrilə cinayət işi açılıb. ( report.az )

İnterpress.az