Interpress.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbərinə görə, \”Opel\” markalı minik avtomobili ilə \”KamAZ\” markalı yük avtomobili toqquşub. Nəticədə hər iki nəqliyyat vasitəsi deformasiyaya uğrayıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış yaralıları nəqliyyat vasitəsindən çıxararaq, aidiyyəti üzrə təhvil veriblər, həmçinin, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər. Əməliyyat saat 06:18-də başa çatıb.
Interpress.az