Yağan güclü yağış avtomobilləri yolda qoydubackend

Yağan güclü yağış avtomobilləri yolda qoydu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İnterpress.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən məlumat verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, yağan intensiv yağışlar nəticəsində, Bakı şəhəri, Nərimanov və Nəsimi rayonlarında yollarda suyun səviyyəsi qalxıb. Nəticədə hərəkət məhdudlaşdığından vətəndaşlar avtomobillərin içərisində köməksiz vəziyyətdə qalıb. FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobillərdən 8 vətəndaşı xilas edərək aidiyyəti üzrə təhvil veriblər.

İnterpress.az